İnsanlara hürriyət, millətlərə istiqlal!

"Demokrat baba" obrazı MƏHV OLDU - Kılıçdaroğluna BÖYÜK ŞOK

"Seçki gecəsi iki bələdiyyə sədrini saatlarla yalan danışdıran, seçkini qazandıqlarını iddia edərək tərəfdarlarını aldadan Kamal Kılıçdaroğlu seçki qutuları açıldıqdan 2 gün sonra paylaşdığı tvitlərlə gətirəcəyini vəd etdiyi demokratik sistemi siyasət tarixində görünməmiş şəkildə istismar etdi və seçicilərin ağlını ələ saldı".

Musavat.com xəbər verir ki, bu fikirlər Türkiyənin "Sabah" qəzetində dərc olunan məqalədə öz əksini tapıb.

Qəzet yazır ki, Kılıçdaroğlu bütün dünyada səs çoxluğunu qazanan demokratik sistemi, demək olar ki, görməzlikdən gələrək, hiylə ilə uduzduğu seçkini qazanmış kimi paylaşıb:

WhatsApp Image 2023-05-16 at 15.16.50.jpeg (30 KB)

"Qutular açıldığı andan seçkini uduzan, bir anlıq da olsa önə keçməyən və 2,5 milyon fərqlə məğlub olan Kamal Kılıçdaroğlu yoxa çıxdı. Seçki gecəsi Əkrəm İmamoğlu və Mansur Yavaşı kameralar önünə çıxardı, onlara qələbə qazandıqları barədə yalan dedirtdi, özü isə sadəcə "Biz irəlidəyik" tvitləri ilə kifayətləndi. Seçkidən sonra Kamal Kılıçdaroğlu partiyanın qarşısına gələn kütləyə görünməyib. Lakin gecə saat 03.00 radələrində özü kimi məğlub olan yeddili masa ortağını kameralar qarşısına alaraq cəmi 1 dəqiqəlik açıqlama oxuyub".

"Sabah" vurğulayır ki, girdiyi hər seçkidə uduzan CHP sədrinin son qalmaqalı bu gün paylaşdığı tvitlərdir:

WhatsApp Image 2023-05-16 at 15.17.12.jpeg (91 KB)

"Kılıçdaroğlu tvitlərində prezidentlik, yarı prezidentlik və ya parlamentar sistemdən asılı olmayaraq, bütün dünyada işləyən demokratik seçki sistemindən istifadə etməyə çalışaraq çoxluğun deyil, azlığın qalib gəldiyi bir üfüq cızmağa çalışıb, lakin uduzduğu ilk tur ilə bağlı heç nə deməyib.

"Ən böyük həqiqət odur ki, qutuda dəyişiklik mesajı var. İndi bu ölkədə dəyişiklik istəyənlər istəməyənlərdən daha çoxdur" deyən CHP sədri rəqabətə girdiyi sistemdən xəbərsiz olduğunu ortaya qoyub. Çünki ilk turda 50 faizi keçə bilməyən namizəd açıq-aşkar qalib gəlsə belə, bu gün olduğu kimi, seçkilər ikinci tura keçir və nəticə ikinamizədli sistemdə 50 faizdən çox mütləq sonuca görə hesablanır".

Qəzetin yazdığına görə, demokratik seçki sistemi reallığını əzərək az qala seçicilərin ağlını ələ salan Kamal Kılıçdaroğlu aylardır canlandırmağa çalışdığı sevimli "demokrat baba" obrazını da məhv edib: 

WhatsApp Image 2023-05-16 at 15.17.00 (1).jpeg (62 KB)

"Kılıçdaroğlu hələ təzə olan seçki nəticələrində prezident Ərdoğan və xalqın seçdiyi hökumətə, milli iradəyə hörmətsizlik etməklə qarşı çıxır. Kılıçdaroğlu gəncləri təhdid etdiyi son tvitində də eyham vurub ki, 12 gün ərzində ona səs verməsələr, qaranlıqda qalacaqlar..."

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR