İnsanlara hürriyət, millətlərə istiqlal!

Demiralı kim əvəzləyəcək? - Təxmini "11-lik" bəlli oldu

Türkiyə millisi AÇ-2024-ün 1/4 finalında 6 iyul Bakı vaxtı ilə saat 23:00-da Niderlandla qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, Vinçenzo Montellanın komandasında 3 itki var. Vərəqə limitini dolduran İsmail Yüksek və Orkun Kökçü bu oyunu buraxacaq. Merih Demiral isə UEFA tərəfindən 2 oyunluq cəzalandırıldığı üçün qarşılaşmada iştirak etməyəcək.

İtalyan mütəxəssis Demiralın yoxluğunda müdafiə xəttində Mert Müldür, Samet Akaydın, Abdülkerim Bardakçı və Kaan Ayhandan istifadə edəcək.

Türkiyə mətbuatına görə, yığmanın təxmini "11-liy"i aşağıdakı kimi olacaq:

Mert Günok, Mert Müldür, Samet Akaydın, Abdülkerim Bardakçı, Ferdi Kadıoğlu, Kaan Ayhan, Salih Özcan, Hakan Çalhanoğlu, Kenan Yıldız, Barış Alper Yılmaz, Arda Gülər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR