Onlayn ictimai-siyasi qəzet
Kaliforniyanın Los-Anceles şəhərində şiddətli yağışlardan sonra sel və torpaq sürüşmələri baş verib.
Musavat.com "New York Post"a istinadən xəbər verir ki, hadisə irimiqyaslı yanğınlardan bir ay sonra baş verib.
Meteoroloqlar xəbərdarlıq edib ki, palçıq və su axınları insanların həyatını təhdid edə, yollara, evlərə və drenaj sistemlərinə zərər verə bilər.
Məlumata görə, Hollivud Təpələri, Sakit Okean Palisades və Altadena əraziləri daha çox zərər görüb.
Bir çox rayonlar, o cümlədən Malibu, San-Fernando vadisi, Los-Anceles mərkəzi təhlükə altındadır. Meteoroloqlar yaxın saatlarda bu ərazilərdə saatda 3 sm-ə qədər yağıntı olacağını proqnozlaşdırır ki, bu da vəziyyəti daha da pisləşdirəcək.
Qeyd edək ki, yanvar ayında meşə yanğınları şəhərə ciddi ziyan vurub. Zərər 95 milyarddan 164 milyard dollara qədər qiymətləndirilir. Yanğınlar nəticəsində təxminən 16,2 min bina dağılıb, 29 nəfər həlak olub.
Musavat.com
26 Aprel 2025
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ