İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli yanğının şahidlərindən HEYRƏTAMİZ açıqlama: "Xəstəxanaya girəndə gördük ki..."

Məlum olduğu kimi, Respublika Perinatal Mərkəzində yanğın hadisəsi baş verib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, yanğın zamanı yenidoğulmuş 4 körpə ölüb, tüstüdən zəhərlənənlər var.

Hadisə yerinə gələn Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında Prezident İlham Əliyev və Birinci vitse-pezident Mehriban Əliyevanın baş verən yanğın hadisəsini nəzarətə götürdüyünü deyib.

Baş prokuror həmçinin bildirib ki, baş verən yanğın elektrik mənşəlidir. Kamran Əliyev həmçinin qeyd edib ki, ilkin məlumatlara görə, yanğında ölən uşaqlar yanıq xəsarətləri alıblar. Ekspertizanın rəyindən sonra onların ölüm səbəblərinin yanıq mənşəli, yoxsa boğulma nəticəsində olduğu məlum olacaq.

TV Musavat-ın əməkdaşları hadisə yerindən reportaj hazırlayıb, hadisə şahidləri ilə söhbətləşib.

Həmin videoreportajı təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR