İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli qəzada ölən filial müdirləri YAP-ın tədbirinə gedirmiş- FOTO

Mingəçevirdə yol qəzasında vəfat edən Mingəçevir Şəhər Mərkəzi Kitabxanasının filial müdirləri Şamaxı Məmmədova və Xədicə Sultanova həmin vaxt tədbirə gedirmiş.

“Qafqazinfo” xəbər verir ki, oktyabrın 15-də saat 10 radələrində İ.İslamzadə küçəsində yerləşən “Kür” Olimpiya Tədris İdman Mərkəzinin qarşısındakı hadisədə həlak olan qadınlar həmin mərkəzdə YAP-ın 30 illiyi ilə bağlı keçirilən mini-futbol turnirinin açılışına qatılacaqmış. Onlar tədbirin keçiriləcəyi məkana yaxınlaşdıqda Mingəçevir sakini A.Tağızadənin idarə etdiyi “KİA” və Yevlax rayon sakini H.Həmidlinin idarə etdiyi “VAZ-21014” markalı avtomobillər toqquşub.

Bu zaman “KİA Sorento” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında gedən qadınları vurub. Nəticədə 1966-cı il təvəllüdlü Xədicə Sultanova və 1963-cü il təvəllüdlü Şamaxı Məmmədova ağır xəsarətlər alıb. Onlar xəstəxanaya çatdırılsa da, vəfat ediblər.

Qeyd edək ki, faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi açılıb.





ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2024

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR