Onlayn ictimai-siyasi qəzet
Kalmıkiyanın Yustinski rayonunda sərnişin mikroavtobusu ilə yük maşını toqquşub.
Musavat.com Rusiya Fövqəladə Hallar Nazirliyinin Respublika üzrə Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata istinadən xəbər verir ki, qəza nəticəsində 7 nəfər ölüb, 11 nəfər yaralanıb.
Hadisə bu gecə yerli vaxtla 02:30-da Yustinski rayonu ərazisində Modskva - Tambov - Volqoqrad - Həştərxan yolunun Tsaqan Aman kəndi ərazisində baş verib.
Volqoqrad-Həştərxan marşrutu ilə hərəkət edən mikroavtobusda 21 nəfər olub, onların arasında uşaq olmayıb.
Musavat.com
19 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ