İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli qəza: İrandan deportasiya olunan 76 nəfər həlak oldu

Əfqanıstanın Herat vilayətində ağır yol qəzası baş verib.

Musavat.com xəbər verir ki, sərnişin avtobusu yük maşını və motosikletlə toqquşaraq yanıb.

Rəsmi məlumata görə, avtobusda İrandan deportasiya olunan əfqan miqrantları olub. Qəza nəticəsində avtobusda olanların hamısı həlak olub. Ölənlərin sayı 76 nəfər, onlardan 17-si uşaqdır.

Hadisə zamanı daha 3 nəfər ağır yaralanıb. Polis bildirib ki, yük maşını yanacaq daşıyırmış və bu, güclü yanğına səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR