Onlayn ictimai-siyasi qəzet
Rusiyanın İrkutsk vilayətinin Baykalsk şəhərində 28 may gecəsi baş verən dəhşətli hadisə ölkə ictimaiyyətini sarsıdıb.
Musavat.com xəbər verir ki, yerli KİV-lərin yaydığı məlumata əsasən, bir yeniyetmə gecə saatlarında öz dostlarının qaldığı evdə bıçaqlı hücum törədib və ardınca evi yandırıb.
Hadisə şəhər ətrafındakı bağ evlərindən birində baş verib. Məlumata görə, bir qrup yeniyetmə dostları ilə birgə ad günü qeyd edirmiş. Gecə bir neçə nəfər evə qayıdıb, qalanlar isə həmin bağ evində gecələməyə qərar verib. Məhz gecə yarısı iştirakçılardan biri qəfil digərlərinə hücum edib. Bıçaqla həyata keçirdiyi bu amansız hücum nəticəsində 5 nəfər ölüb, onlardan biri hücum edən yeniyetmənin özü olub.
RTVI xəbər verir ki, hadisədən sonra evdə yanğın baş verib və ilkin ehtimallara əsasən, qatil özü də yanğında həlak olub. Hadisə nəticəsində daha 4 nəfər ağır yaralanıb. Onlardan biri – boğazından xəsarət almış 14 yaşlı yeniyetmənin vəziyyəti kritik olaraq qiymətləndirilir.
Rəsmilər bildirir ki, hadisəyə qarışan heç bir yeniyetmə əvvəllər hüquq-mühafizə orqanlarında qeydiyyatda olmayıb. Hadisə ilə bağlı istintaq başlanıb.
Musavat.com
29 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ