Onlayn ictimai-siyasi qəzet
Ekvadorun Quayakil şəhərindəki ticarət mərkəzinin qarşısında dəhşətli partlayış baş verib.
Musavat.com xəbər verir ki, bu barədə "El Universo" qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, partlayış, insanlar yanmaqda olan maşına yaxınlaşaraq ona baxmaq istədikləri anda baş verib. Yanğının hansı səbəbdən başladığı hələlik açıqlanmayıb.
Hadisə nəticəsində ən azı üç nəfər həlak olub, bir neçə nəfər yaralanıb.
Partlayış dalğası ticarət mərkəzinin fasadına, parklanmış avtomobillərə və yaxınlıqdakı binalara, o cümlədən Ekvador prezidenti Daniel Noboanın ailəsi ilə əlaqəli "Nobis Group" şirkətinin ofislərinə ziyan vurub. Hadisə yerinə partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə mütəxəssislər və polis əməkdaşları cəlb olunub, ətraf ərazi mühasirəyə alınıb.
Musavat.com
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ