İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli gəmi qəzası: 91 nəfər öldü

Mozambik sahillərində balıqçı gəmisinin batması nəticəsində 90-dan çox insan ölüb.

"Report"un məlumatına görə, bu barədə "Agency France Presse" yerli rəsmiyə istinadən xəbər yayıb.

"Gəmi insanlarla dolu idi. O, batdı. Azı 91 nəfər öldü", - Mozambikin Nampula əyalətinin dövlət katibi Ceymi Netodan sitat gətirilib.

Gəmidə təxminən 130 nəfərin olduğu qeyd edilir. Digər insanların taleyi barədə məlumat verilmir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR