Onlayn ictimai-siyasi qəzet
Namibiyada dəhşətli faicə baş verib.
Musavat.com xəbər verir ki, eyni ailədən olan 13 nəfər zəhərli maddə ilə qarışdırılmış yulaf yediyi üçün ölüb.
Səlahiyyətlilər daha 4 nəfərin vəziyyətinin ağır olduğunu bildirib.
Namibiya Səhiyyə Nazirliyi də hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, ölkənin şimalındakı Kavanqo bölgəsində eyni ailədən olan 13 nəfərin evdə hazırlanmış spirtdən qalan maddə ilə yulafı qarışığı hadisənin baş verməsinə səbəb olub.
Həyatını itirənlərin 2-33 yaş arasında və eyni ailədən olduğu bildirilib. Bu yulafdan istifadə edən daha 4 nəfərin də vəziyyətinin ağır olduğunu bildirib.
Musavat.com
06 May 2025
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ