İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli ailə faciəsi: 3 qardaşın meyiti tapıldı - FOTOLAR

Türkiyənin Qaziantep şəhərində sobadan sızan dəm qazından zəhərlənən 18 yaşlı Arif, 17 yaşlı Yusuf və 16 yaşlı Mehmet Fatih Günəş qardaşları anaları tərəfindən hərəkətsiz vəziyyətdə tapılıb.

Musavat.com xəbər verir ki, hadisə rayonun Çaybaşı rayonunda baş verib.

Əkinçiliklə çörək qazanan cütlük - Muhterem və Hüseyn Günəş səhərlər kömür yandırdıqları soba olan otaqda yatan oğullarını oyatmaq istəyiblər. Uşaqlar yuxudan ayılmayanda valideynlər vəziyyəti təcili yardım mərkəzinə bildiriblər.

Xəstəxanaya aparılan qardaşlar həkimlərin bütün müdaxilələrinə baxmayaraq dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR