Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Novosibirsk şəhərində yerli sakinləri sarsıdan dəhşətli hadisə baş verib. Belə ki, kişi onun salamını almayan gənci amansızcasına döyüb.
Hadisə yerli gül mağazasında daimi müştəri ilə satıcı qızın sevgilisi arasında baş verib.
Bildirilir ki, Yevgeni növbədən sonra sevgilisini götürmək üçün mağazaya gəlib. Qız işini bitirənədək oğlan buterbrod yeməyə qərar verib. Bu zaman daimi müştəri içəri girib. O, Yevgeni ilə salamlaşmaq üçün çirkli əlini uzadıb, lakin gənc əlində yemək yediyini və bunun gigiyenik olmadığını izah edərək imtina edib. Bundan sonra müştəri söyüş söyməyə başlayıb və Yevgeni onu sakitləşdirməyə çalışsa da, mümkün olmayıb.
Təhlükəsizlik kamerasının şok görüntüləri sonrakı hadisələri əks etdirib.
Kəmərində çəkic və bıçaq olan şəxs Yevgeniyə hücum edib.
"Onurğama və böyrümə səkkiz dəfə, sol qoluma dörd dəfə vurdu. Bu zaman o, vəhşicəsinə gülürdü - qorxunc idi", - deyə zərərçəkən hücum barədə danışarkən bildirib.
Yevgenini başına ölümcül çəkic zərbəsindən sevgilisi xilas edib, o, kişilərin arasına girib və aqressiv müştərini itələyib. Mağazanın digər işçisi hücum edəndən çəkici almağa nail olub, bundan sonra cinayətkar hadisə yerindən qaçıb.
Yevgeni xəstəxanaya aparılıb, orada ona lazımi yardım göstərilib və MRT edilib. Hazırda bütün bədənində ağrı, kürəyində və qolunda isə hissiyyat itkisi yaşayan gənc müayinənin nəticələrini gözləyir.
Zərərçəkmiş artıq polisə müraciət edib və indi hüquq-mühafizə orqanları hücum edəni axtarırlar. (Oxu.az)
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ