Onlayn ictimai-siyasi qəzet
Rusiya ordusu Ukrayna Milli Qvardiyasının Xarkovdakı akademiyasına zərbələr endirib. Rusiyanın Ukraynadakı separatçılarının rəhbəri Sergey Lebedev “RİA Novosti”yə açıqlamasında deyib. Onun sözlərinə görə, binaya endirilən zərbələr nəticəsində ölənlər arasında Ukrayna Daxili İşlər Nazirliyinin “Lyut” batalyonunun bir neçə polkovniki, eləcə də NATO ölkələrindən olan nümayəndələr var. “Yaralılardan bəziləri xüsusi nəzarət altındadır. Onların yanına yerli həkimlər buraxılmır”, - Lebedev bildirib.
Rusiya və ABŞ Ukraynadakı münaqişənin həlli ilə bağlı ilkin danışıqlara başlayıb. Musavat.com xəbər verir ki, Böyük Britaniyadakı Rusiya səfiri Kelin bu barədə açıqlama verib. Onun sözlərinə görə, dialoq hələ erkən mərhələdədir – tərəflər yalnız mövqeləri və qəbul edilə bilən sərhədləri qiymətləndirirlər. Kelin bildirib ki, Rusiya "çox ciddi" müzakirələrə hazırdır, lakin əvvəlcə danışıqların mövzusunun nə olacağını anlamaq lazımdır.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Anar Əliyevlə
söhbətləşir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ