İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏT: Çernobıl BOMBALANDI, Kremldən və Zelenskidən TƏCİLİ açıqlamalar...

Rusiya pilotsuz uçuş aparatı Çernobıl Atom Elektrik Stansiyasının sığınacağına zərbə endirib. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib. Onun sözlərinə görə, fevralın 14-nə keçən gecə Rusiyanın yüksək partlayıcı döyüş başlığına malik PUA-sı Çernobıl Atom Elektrik Stansiyasının dağıdılmış 4-cü enerji blokunun dünyanı radiasiyadan qoruyan sığınacağına düşüb.

Kreml Ukrayna tərəfinin Rusiya PUA-larının Çernobıl Atom Elektrik Stansiyasının dağılmış enerji blokunu vurması məlumatına münasibət bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Rusiyaya məxsus dronların gecə saatlarında Çernobıl Atom Elektrik Stansiyasının dağılmış enerji blokunu vurması və qoruyucu sarkofaqı zədələməsi ilə bağlı ittihamlarını növbəti təxribat adlandırıb. "Çox güman ki, söhbət növbəti təxribatdan, saxtakarlıqdan gedir. Kiyev rejimi məhz bunu sevir və bəzən etməkdən çəkinmir", - Kremlin sözçüsü vurğulayıb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Heydər Oğuzla Kiyevi müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR