İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşət: Bir ştatda 4 minə yaxın şəxs uşaqla evlənib

Hindistanın şimal-şərqindəki Assam əyalətində polis azyaşlılarla evlənmək və uşaq toyları təşkil etməkdə ittiham olunan 1039 nəfəri həbs edib.

Musavat.com "The Times of India"ya istinadən xəbər verir ki, əyalət hökumətinin baş naziri Himanta Bisva Sarma sosial mediada həbslərin bu il 1929-cu ildə qəbul edilmiş Uşaqların Nikahını Məhdudlaşdırma Aktının pozulmasına qarşı aparılan ikinci kampaniyanın bir hissəsi olduğunu yazıb.

“Uşaq nikahlarını törədənlərin tutulması əməliyyatı hazırda bütün ştatda aparılır. Bu ay Assamda yetkinlik yaşına çatmayanların evliliyi və uşaq toyları şübhəsi ilə həbs olunanların sayı 3000-ə çata bilər” - məlumatda qeyd olunub.

Daha əvvəl baş nazir bildirib ki, son beş ildə Assam ştatında uşaq nikahı qanununu pozduqları üçün 3907 nəfər həbs edilib, onlardan 3319-u uşaqlara qarşı cinsi zorakılıqda ittiham olunub. Həbs olunanlar arasında uşaqların toylarında iştirak edən keşişlər də var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR