İnsanlara hürriyət, millətlərə istiqlal!

"Dəhliz açıldıqdan sonra Qarabağa insan axını dörd dəfə artmalıdır" - Qazinyan

“Dəhliz açıldıqdan sonra Ermənistandan Qarabağa insanların axını artmalıdır”.

Konkret.az xəbər verir ki, “Vahid Ermənistan” partiyasının sədri, keçmiş deputat Artur Qazinyan Facebook səhifəsində yazıb.

“Laçın dəhlizi açıldıqdan sonra mən Qarabağa gedəcəyəm, bir neçə gün qədim “erməni” torpağından güc alacam və xalqın yanında olacağam. Təmənnasız xidmətimlə onların ayağa qalxmasına kömək edəcəyəm ki, daha güclü olub, mübarizə aparsınlar və qalib gəlsinlər.

Dəhliz açıldıqdan sonra Qarabağ əhalisinin azalmasının qarşısını almaq üçün bütün səyləri göstərmək lazımdır. Bunun üçün Ermənistandan Qarabağa insan axını dörd dəfə artmalıdır. Azərbaycana və bütün dünyaya göstərməlidir ki, Qarabağ xalqı tək deyil, Qarabağ erməninin idi, var və olacaq”, – Qazinyan deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR