İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dəfn pulu”nu artıq belə alacaqsınız - DİQQƏT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xidmət keyfiyyətini daha da artırmaq və vətəndaş məmnuniyyətini təmin etmək məqsədi ilə növbəti yeniliyə imza atılıb.

Nazirliyin mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, elektron xidmətlərin tətbiqi nəticəsində vətəndaşlar “Kapital Bank”ın “Birbank” mobil tətbiqinə daxil olaraq əməliyyatlar hissəsində uşağın anadan olmasına və dəfnə görə onlara təyin edilmiş birdəfəlik müavinətləri görə biləcəklər.

Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq

Müavinətin məbləği, hansı növə aid olduğu barədə məlumatlar “Birbank” tətbiqində əks olunacaq.

Həmin məbləği “Kapital Bank”dan nağdlaşdırmaq və ya “Birbank” tətbiqi ilə istənilən karta köçürərək də əldə etmək olar.

“Birbank” mobil tətbiqi olmayan müştərilərə isə SMS vasitəsilə keçid linki göndəriləcək ki, bu linkə daxil olmaqla birdəfəlik ödənişləri istənilən bank hesabına köçürmək mümkün olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR