Onlayn ictimai-siyasi qəzet
Hollivud ulduzu Ancelina Coli illər əvvəl dəfn mərasimlərinin təşkilatçısı olmaq istədiyini bildirib.
Bu barədə aktrisa Cimmi Fallonun şousunda danışıb.
Ancelina filmlərdə çəkilməyə başlamazdan əvvəl dəfn biznesində karyera haqqında düşündüyünü etiraf edib. Bu fikir isə aktrisada babası öldükdən sonra yaranıb. Buna səbəb babası ilə vida mərasimi istədiyi kimi təşkil olunmaması olub:
"Babamın vəfatı yadımdadır. Dəfn elə olmamalı idi. Bu, həyatın bir bayramı olmalıdır. Heç vaxt ölümdən qorxmadığım üçün dəfn işini özüm üçün uyğun sahə hesab edirdim. Bunun mənim üçün böyük bir karyera yolu olacağını düşünürdüm".
Ancelina qeyd edib ki, kino karyerası axsayarsa, dəfn bürosu açmaq onun ağlındadır. (Axşam.az)
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ