İnsanlara hürriyət, millətlərə istiqlal!

Daxili işlər nazirinə raport verildi: "Qanuni oğru” Moskvaya qayıtdı..."

Zaxari Kalaşov Daxili İşlər Nazirliyinin Jitnayadakı binasında nələr dedi? 

Rusiyanın ən məşhur kriminal avtoritetlərindən biri,  hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinən “qanuni oğru”Zaxari Kalaşov ( “Şakro Molodoy”) Krasnodar vilayətinin Ust-Labinsk rayonunun Dvubratski kəndindəki 2 saylı həbsxanasından azad edilməsi haqda yeni təfərrüatlar məlum olub. Yada salaq ki, 71 yaşlı “qanuni oğru” görmə qabiliyyətini itirdiyinə görə azadlığa buraxılmasına qərar verilib. Vəkillər məhkəmədə iddia ediblər ki, “Şakro Molodoy” kor olub və  hakimlər bu  səbəbdən onun şərti azad etmək qərarına gəlib.  

Musavat.com xəbərinə görə, məlum olub ki, KİV-in onun şəxsinə marağının artdığını nəzərə alaraq, “1 nömrəli oğru”nun azadlığa buraxılmasını təmin edən Rusiya Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsinin əməliyyatçıları oyun qurublar. 71 yaşlı “qanuni oğru”nun  həbsxanaya məxsus nömrə nişanı olmayan “Qazel” yük maşınında  çıxarılması haqda yayılmış informasiya əslində, jurnalistlər üçün “yem olub.” Yəni onun həbsxanadan necə azad olunduğu bilinmir. 

7f1f5b4fccbbff84089022036c684200.jpg (126 KB)

Məlum olan budur ki, daxili işlər naziri Vladimir Kolokoltsevə “Şakro Molodoy”un  həbsxanadan buraxıldıqdan sonra  Moskvaya qayıtması barədə rəsmi məlumat verib. Rusiya mediası qeyd edir ki, “şübhəsiz ki, xəbərlər prezidentin qulağına çatacaq, çünki azadlığa buraxılan sadəcə, kriminal fiqur deyil.”. .

Bildirilir ki, “Şakro” Daxili İşlər Nazirliyinin Jitnayadakı binasına aparılıb və orada ona cinayət mühitinin iddia edilən lideri kimi qanunsuz fəaliyyətin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq oxunub.

“Şakro” başını tərpədib və eşitdiklərinin mənasını başa düşdüyünü söyləyib, lakin əsl “oğru” kimi xəbərdarlığa imza atmaqdan  imtina edib.

İddia olunur ki, Kalaşov Rusiya həbsxanalarındakı məhbusların Ukraynaya qarşı müharibəyə cəlb edilməsində aktiv rol oynayıb. Məlumata görə, Kalaşov dustaqların Ukrayna ilə müharibəyə cəlb edilməsində xüsusi xidmət orqanlarına yardım edib. “Vaqner” bölmələrindən birinin keçmiş komandiri Andrey Medvedyev hüquq müdafiəçilərinə bildirib ki, o, İstintaq Komitəsi əməkdaşlarının Krasnodar diyarındakı həbsxanaya gələrək, “Şakro Molodoy”a necə “lüks şərait” təşkil etdiyini görüb. Bu, ondan ötrü olub ki, Kalaşov məhbusların müharibəyə cəlb edilməsini asanlaşdırmaq üçün digər cinayətkar liderlərlə danışıqlar təşkil etsin.

Onu da əlavə edək ki, Rusiya qanunvericiliyindəki dəyişikliklərə görə, kriminal ierarxiyada yer tutduğu təsdiqlənən istənilən “qanuni oğru”ya qarşı həbs qətimkan tədbiri seçilə və o, uzun müddətə həbsxanaya atıla bilər. Lakin məlum olur ki, Ukrayna müharibəsinə dustaqların cəlb edilməsində göstərdiyi “xidmətlər” Kalaşovu bu məsuliyyətdən və ümumiyyətlə, həbsdən azad edib.

Yada salaq ki, “qanuni oğru” 2018-ci ildə 9 il 10 ay müddətinə azadlıqdan məhrum olunub. İstintaq materiallarında “Rusiyanın kriminal aləminin lideri” adlandırılır. Kalaşov “qanuni oğru” Aslan Usoyanın (“Ded Xasan”) ölümündən sonra kriminal aləmdə aparıcı mövqe tutub.

bcc9295d082b31f74d502bcfa87847e0.png (1.28 MB)

2018-ci ildən hədə-qorxu ilə "külli miqdarda pul tələb etmə" ittihamı ilə cəza çəkirdi, 2027-ci ilə qədər həbsdə olmalıydı.

2015-ci ilin dekabrında Moskvada “Elements” restoranının yaxınlığında atışma olub. Məhkəmə sənədlərinə görə, kriminal qruplaşma Şakronun göstərişi ilə restoranın sahibi Janna Kimdən 8 milyon rubl tələb edib. Bundan sonra məsələ ilə əlaqədar cinayət işi açılıb.

2016-cı ildə həbs olunana qədər Zaxari Kalaşov Rusiyada üç dəfə müxtəlif işlər üzrə təqsirli bilinib. Gürcüstan Şakro Molodoyu ekstradisiya etməyə çalışıb. “Qanuni oğru” bu ölkədə qətlə görə qiyabi olaraq 18 il müddətinə azadlıqdan məhrum edilib.

Zaxar  Kalaşov 1953-cü il martın 20-də Tiflisdə anadan olub, məlumata görə, kürd-yezidi əsillidir.  İndiyədək  “qanuni oğru”ya qarşı ən azı 10 dəfə sui-qəsd cəhdi edildiyi deyilir. 

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR