İnsanlara hürriyət, millətlərə istiqlal!

Daxili işlər naziri Salyanda vətəndaşları qəbul edəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il may ayının 18-də Salyan Rayon Polis Şöbəsinin inzibati binasında Hacıqabul, Kürdəmir, Salyan və Şirvan şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı 17.05.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR