İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşnaklar sülhməramlıların komandanı Volkovu ölümlə hədələdilər: blef, yoxsa...

Erməni revanşistlər rus hərbi kontingentinin komandanını təhdid ediblər; Üzeyir Cəfərov: “O, separatçılarla ən çox işbirliyində olan komandandır, niyə...”

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları dekabrın 3-də keçirilmiş görüşün davamı olaraq dekabrın 7-də Xocalıda rus sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri davam etdirdiyi bir vaxtda yeni bir situasiya yaranıb.

Belə ki, sülhməramlıların himayəsi altına sığınıb yaşayan separatçıların, erməni revanşistlərinin, şovinistlərin növbəti hədəfinin Rusiyanın Qarabağdakı rus hərbi kontingentinin komandiri general Andrey Volkov olduğu üzə çıxıb. “Yeni Müsavat” yazır ki, bu barədə informasiya ermənilərə məxsus “Teleqram” kanallarında yayılıb. Qeyd edilib ki, erməni millətçiləri Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri general Andrey Volkovu öldürməklə hədələyiblər. Məlumatlara görə, radikal erməni millətçiləri Volkovun sülhməramlıların Azərbaycan yer adlarından istifadə etdiyini bildirdiyi müsahibəsindən narazılıqlarını bildiriblər. Onlar generala eyham vurublar ki, 1988-1991-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinini ikinci katibi vəzifəsində çalışan Viktor Polyaniçko 1 avqust 1993-cü ildə Şimali Osetiyada bir qrup erməni silahlısının hücumu nəticəsində həlak olub.

Yada salaq ki, sülhməramlı kontingentin günahı ucbatından Qarabağda Ermənistan ordusunun qalıqları qalmaqdadır. Separatçılar oradakı silahlıları guya qondarma “Qarabağ müdafiə ordusu” kimi təqdim etməyə çalışır. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da Bayramovun Lavrovla görüşdə “erməni qoşunların Qarabağdan çıxarılması” haqda fikrinə cavab olaraq bildirib ki, “Qarabağdakı separatçıların qondarma ”ordusu" oradakı ermənilərin müdafiəsi məqsədilə lazımdır". Və erməni nazirin “arqumenti” belədir ki, “Azərbaycanın davamlı atəş açması da ”müdafiə ordusu"nun nə qədər vacib olduğunu göstərir, erməni əhalisinə qarşı “ekzistensial təhlükə” aradan qalxanda müxtəlif variantları müzakirə edə bilərlər".

Lakin bu günlərdə ASALA erməni terror təşkilatının Qarabağda yenidən fəallaşdığı haqda da məlumatlar yayılıb. Məlumdur ki, ASALA SSRİ-nin dağılması ilə Qarabağa keçid almış terror təşkilatıdır. Bu dəfə İran da bölgədə erməni terrorizminə yarıaşkar, yarıgizli dəstək verməkdədir. Məqsəd Tehran rejiminin düşmənlərinə və rəqiblərinə qarşı “ortaq mübarizənin” genişlənməsinə nail olmaqdır. Təsadüfi deyil ki, 14 nəfər İran vətəndaşının Qarabağa gəlişi ilə bağlı araşdırmalar bitməmiş, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki əraziyə keçmiş daha bir iranlı dəstə haqda məlumat yayıldı. Ermənistanın və İranın himayə etdiyi silahlılar bu cür siyasi terror aktlarına meyllidirlər. O səbəbdən sülhməramlıların komandanına olan təhlükə real qiymətləndirilə bilər. Bəs, ermənilərin bu cür təhdidlərinin səbəbi nədir? Rusiya sülhməramlıları iki ildir onları qoruyur, ev tikir, yardım edirsə, bu təhdidlərin səbəbi nə ola bilər? Ehtimal etmək olarmı ki, ermənilər bu cür iddiaları ortaya atmaqla əslində, sülhməramlıların guya Azərbaycanın maraqlarına xidmət etdiyi təəssüratı yaratmağa çalışırlar?

Üzeyir Cəfərov qazilərin durumu ilə bağlı YETKİLİLƏRƏ SƏSLƏNDİ: "Məmurların  özbaşınalığı davam etdikcə..." Sitat.info

Üzeyir Cəfərov 

Polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqladı ki, Volkovun öldürülməsi təhdidini blef sayır. Onun fikrincə, heç kim Volkovu öldürən deyil. “O, separatçılarla ən çox işbirliyində olan komandanlardan biridir. Ermənilərlə ən yaxın komandan məhz bu olub. Üstəlik, onu niyə öldürsünlər? Azərbaycanlılarla görüşdə kimi yanında oturtmuşdu?   Balasanyanı. Buna görə öldürəcəklər? Onu silahlılar qoruyurlar və rolunu şişirtmək üçün atılan addımdır”. Ü.Cəfərov hesab edir ki, Azərbaycan Volkovun dəyişdirilməsi məsələsini qaldırmalıdır: “Onun Azərbaycan nümayəndə heyəti və media qarşısında etdiyi hərəkətlər bunu deməyə əsas verir. Onları biz qudurtmuşuq. Biz hər dəfə Xankəndi, Ağdərə yazın müraciət etməklə deyil, xəbərdarlıq olmalıdır. Volkov orada şərab biznesi qurub, ermənilərlə pul qazanır, biz onların üzünə çox gülməli deyilik. Ona görə də ermənilərin guya onu ölümlə təhdid etmələri boş söhbətdir. Volkov ermənilər üçün hər şey edir”.

Ramiyə Məmmədova: “Hələ ki heç bir qırıcı və Türkiyəyə ekstradisiya edilən  terrorçu görünmür” – MÜSAHİBƏ | DEFAKTO.AZ

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova isə deyir ki, Volkovun başından bir tük əskik olsa, Rusiya Qarabağda ermənilərə Ukraynanın Buça şəhərində etdiklərini yaşadar: “Təbii ki, boşboğaz hədələrdir. Volkovu öldürsələr, Balasanyan, Saakyan, Arutunyan başını götürüb Xankəndidən qaçmalıdırlar. Bunu təsəvür etmək olar? Ona görə sosial şəbəkə hesablarında hansısa təhdidlərin olması ilə rəy yaradırlar ki, Volkov Azərbaycanla danışıqlar aparır, ”artsax"ın maraqlarına zidd addımlar atır. Halbuki, iki ildir rusməramlılar ermənilərə xidmət edirlər. Onları kimdən qoruyurlar, bəlli deyil, amma faktiki Qarabağda ermənilərin separatizmi dirçəltmək cəhdləri məhz rusların hesabınadır. Onlar səngərlər qazır, mina daşıyır, texnika keçirir, Volkov bunlara göz yumur, Vardanyanla biznes qurur. Ondan niyə narazı olsunlar? Sadəcə, Laçın keçidində mini gömrük postu qurulacağını deməsi, rentgen-skanyerlə yoxlanış olacağını söyləməsi erməniləri panikaya salıb. Ona görə Volkovun üzərinə gedirlər".

Ekspertin fikrincə, gündən-günə Qarabağ ermənilərinin halqası daralır, işləri çətinləşir: “Azərbaycan tələbləri sərtləşdirdikcə rus hərbi kontingenti də məcburiyyət qarşısında müəyyən addımlar atmalı olurlar. Çünki bura müqavilə əsasında yerləşiblər və sənədə imza atan tərəf ”artsax" qüvvələri deyil, onlar rusların qalıb-qalmamasına qərar verə bilməzlər. Ruslar da bizə mane ola bilməzlər ki, ərazilərimizdə sərvətlərin istifadəsini monitorinq edə bilməyək. Bu da erməniləri qorxudur. Onlar fikirləşir ki, Azərbaycan getdikcə Qarabağın dağlıq bölgəsinə də yaxınlaşır, ilkin addım kimi ekoloqlar göndərilir, ruslar da buna qarşı çıxa bilmirlər, görüşlər keçirirlər, ərazilərə baxış olur, deməli, gələcəkdə daha çox bölgəyə təsir imkanları artacaq. Ona görə Volkovdan narazı görünərək təhdidlər yağdırırlar. Bakı növbəti addımları da atacaq və başa düşürlər ki, separatçılar bizim yataqları istədiyi kimi istismar edə bilməzlər. Hətta erməni mənbələri həşir salıblar ki, Ağdərədə filiz yatağının nəzarətə götürülməsi erməniləri iqtisadi cəhətdən mühasirəyə salmaq və guya əhaliyə genosid etməkdir. Onlar birdəfəlik başa düşməlidirlər ki, gec-tez biz bölgəyə tam nəzarət edəcəyik. Biz 3 min şəhidi ona görə verməmişik ki, sonra rus-erməni birləşmələri Xocalıda, Ağdərədə, Əsgəranda əbədi meydan sulasınlar. Azərbaycan xalqı da bununla barışmayacaq, dövlət də sakit dayanıb baxmayacaq".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR