Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın müşavirləri Danimarka rəsmilərinə onun Qrenlandiyanı almaqda ciddi olduğu barədə xəbərdarlıq ediblər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Kanalın məlumatına əsasən, Danimarka rəsmiləri indi “yaxın müttəfiqi və NATO üzvü ilə münasibətlərdə böyük çatlaqlara səbəb olmamaq üçün hansı cavabı verəcəyini diqqətlə təhlil edirlər”.
“Danimarka rəsmiləri ABŞ-ın seçilmiş prezidentinin zarafat etdiyini düşünməyin yaxşı fikir olmadığını bilir. Əvəzində böhrandan qaçmaq üçün Trampın Qrenlandiya ilə bağlı açıqlamaları ilə bağlı “açıq söhbət” aparılmalıdır”,-deyə kanalın mənbələrindən biri danışıb.
Musavat.com
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ