İnsanlara hürriyət, millətlərə istiqlal!

Danimarkada TƏXRİBAT - Quran yandırıldı

İsveçdəki təxribatdan sonra bu dəfə Danimarkada yeni bir qalmaqala imza atılıb.

Musavat.com xəbər verir ki, Kopenhagendə - İraqın Danimarkadakı səfirliyinin binası qarşısında aksiya keçirilib, Quran yandırılıb.

Təxribat “Danske Patrioter” (“Danimarka vətənpərvərləri”) qruplaşmasının üzvləri tərəfindən təşkil edilib. Ekstremistlər aksiyanı sosial şəbəkə hesabları vasitəsilə canlı yayımlayıblar. Təxribatı Bağdaddakı İsveç səfirliyinə hücuma etiraz olaraq təşkil etdiklərini bildiriblər.

“Danske Patrioter” üzvləri İraq bayrağını da yandırıb, təhqirlər səsləndiriblər.

İraq və Türkiyədən Danimarkaya sərt reaksiya gəlib. İraq Xarici İşlər Nazirliyi iki rəsmi bəyanatla İsveç və Danimarkadakı təxribatları pisləyib.

Türkiyə prezidentinin baş müşaviri Akif Çağatay Kılıç sosial media hesabından hadisələrə münasibət bildirərək “Danimarkada Qurana qarşı edilən hörmətsizliyi şiddətlə qınayır və lənətləyirəm. Bu əməllər əxlaqsızlığın və hörmətsizliyin zirvəsidir. Fikir azadlığı insanların müqəddəsliyinə hücum edib, təhqir etmək deyil. Biz hər zaman irqçi və islamofob hərəkətlərə qarşı mübarizə aparacağıq!” deyib.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR