Onlayn ictimai-siyasi qəzet
Ukrayna artıq Danimarkadan altı ədə F-16 alıb. Ümumilikdə onların sayı 19 olmalıdır.
Musavat.com Unian-a istinadən xəbər verir ki, məlumatı bunu Danimarkanın baş naziri Mette Frederiksen Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, Danimarkanın müəyyən sayda F-16 qırıcılarını Ukraynaya təhvil vermək planlarında heç bir dəyişiklik yoxdur: "Altısı çatdırılıb. Bu, ilk partiya idi".
O, həmçinin vurğulayıb ki, 2023-cü ilin avqustundan Danimarka bu qırıcıları idarə etmək üçün ukraynalı pilotların hazırlanması ilə məşğuldur: "Çətin idi, amma biz məşqdə uğur qazana bildik. Ona görə də proses davam edir. Və sonra daha bir partiya və daha bir növbəti partiya olacaq. Cəmi 19 (təyyarə) olacaq”.
Frederiksen ölkəsinin Ukraynaya yeni yardımını da elan edib: "130 milyon avrodan çox vəsait birbaşa Ukraynanın müdafiə sənayesinə gedir. İndi biz sizin müdafiə sənayenizin nəyə qadir olduğunu bilirik. Çünki bilirik ki, bu sərmayələr həqiqətən də döyüş meydanında fərq yaradır. Və əmin olun ki, dəstəyimiz uzunmüddətlidir. "
Danimarka Ukraynaya 8,5 milyard avro təhlükəsizlik yardımı vəd edib. Təkcə gələn il 1,75 milyard avro ayrılacaq.
Musavat.com
20 Noyabr 2024
19 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ