İnsanlara hürriyət, millətlərə istiqlal!

Danilov: "Ukrayna tabe olmayacaq və Baxmutu qoruyacaq"

Ukrayna heç kimə tabe olmayacaq və Baxmut şəhərini qoruyacaq.

APA xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Ukrayna televiziyasının (“Єди́ні нови́ни”) telemarafonunda deyib.

Danilov vəd edib ki, Ukrayna Silahlı Qüvvələri lazım olduğu qədər Baxmutu müdafiə edəcək.

“General Aleksandr Sırskinin dünənki bəyanatı tamamilə doğrudur və biz tədricən irəliləyirik, lakin nəzərə alın ki, Baxmut şəhərinin ərazisi 41 kvadrat kilometrdir, görüləcək işlər çoxdur, hərbçilərimiz bu məsələləri həll edir.

Hərbi əməliyyatlarda bir qədər uğur qazanmışıq.

Ölkəmizin hərbi-siyasi rəhbərliyi və hərbçilərimiz üçün Baxmutun qorunması taktiki və strateji məqsədlər baxımından zəruri hesab edildiyi müddət ərzində biz şəhəri təslim etmək fikrində deyilik”, - deyə Danilov bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR