İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir ölkə Kosovonu TANIDI

Keniya prezidenti Uilyam Ruto Kosovonu müstəqil dövlət kimi tanıyan rəsmi sənəd imzalayıb.

Musavat.com xəbər verir ki, bu barədə Kosovo prezidenti Vjosa Osmani deyib.

O bildirib ki, Priştina “Keniyanın Kosovonu müstəqil və suveren dövlət kimi tanımaq qərarını alqışlayır”. Prezident qərarın rəsmi sənədlə təsdiqləndiyini də qeyd edib.

“Bu tanınma Kosovo xalqının azadlıq, müstəqillik, suverenlik və ərazi bütövlüyü hüququna sarsılmaz dəstəyin sübutudur. Eyni zamanda bu, Kosovo xalqının azadlıq uğrunda uzun illər çəkdiyi əziyyətlərin və əsrlər boyu verdiyi qurbanların tanınmasıdır”, – deyə prezident əlavə edib.

Sənəddə Kosovonun öz müqəddəratını təyinetmə hüququ təsdiqlənir və bu tanınmanın diplomatik əlaqələrin qurulmasını da əhatə edəcəyi qeyd olunur.

Xatırladaq ki, Kosovo 17 fevral 2008-ci ildə Serbiyadan birtərəfli müstəqilliyini elan edib. İndiyə qədər 100-dən çox ölkə Kosovonun müstəqilliyini tanıyıb. Afrika ölkələri arasında 2008-ci ilin fevralında Kosovonun müstəqilliyini ilk tanıyan Seneqal olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR