İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir futbolçu Türkiyə millisinin düşərgəsini tərk etdi

Türkiyə milli komandasının heyətində növbəti ciddi itki baş verib.

"Qalatasaray"ın müdafiəçisi Kaan Ayhan yığmanın düşərgəsini tərk edib.

Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) Mətbuat Xidməti məlumat yayıb.

30 yaşlı mərkəz müdafiəçisi UEFA Millətlər Liqası pley-off mərhələsinin Macarıstanla ilk matçında (3:1) zədələnərək meydanı tərk edib.

Daha əvvəl "Fənərbağça"nın müdafiəçisi Mert Günok və "Qalatasaray"ın vingeri Yunus Akgün zədə səbəbindən "ay-ulduzlular"ın heyətindən kənarlaşdırılıb.

Qeyd edək ki, Türkiyə yığması sabah Bakı vaxtı ilə saat 21:00-da səfərdə Macarıstanla cavab görüşünə çıxacaq.  (Oxu.Az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR