İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağları aşan qaçaq qazax generala görə 5 qırğız məhkum edilib

Almatı vilayətinin polis idarəsinin keçmiş rəisi Serik Kudebayevin qaçış faktı üzrə cinayət işi üzrə Qırğızıstanda təqsirləndirilən 5 şəxsə hökm oxunub.

Musavat.com xarici mediaya istinadla bildirir ki, təqsirləndirilən şəxslər öz təqsirlərinin etiraf ediblər.

“Məlumdur ki, iş üzrə təqsirləndirilən şəxslərdən dördü mülki şəxs, daha biri isə Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinin keçmiş əməkdaşıdır. İşlə Respublika Hərbi Prokurorluğu məşğul olub. İstintaq başa çatdıqdan sonra materiallar məhkəməyə təqdim edilib. İlkin məlumatlara görə, bütün təqsirləndirilən şəxslər 350 min som məbləğində cərimə olunublar”, - mənbə bildirib.

Xatırladaq ki, Almatı vilayətinin polis departamentinin keçmiş rəhbəri Serik Kudebayev vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub. Müstəntiqlərin fikrincə, ötən ilin yanvar hadisələri zamanı o, şəxsi heyəti buraxıb, polis idarəsinin binasını tərk edib və bununla da hücum edənlərə hərbi silah və sursatları ələ keçirməyə şərait yaradıb.

İstintaq prosesi zamanı Kudebayev gizlənib, aprelin 3-də məhkəməyə gəlməyib. Sonradan məlum olub ki, polis general-mayoru Qazaxıstanın Qırğızıstanla dövlət sərhədini keçib və həmin gün Bişkekdən İstanbula uçub. O, beynəlxalq axtarışa verilib.

Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsi Serik Kudebayevin mövcud keçid məntəqələrindən keçmədiyini aydınlaşdırıb. Agentlik onun Qırğızıstana dağların arasından getməsi versiyasını nəzərdən keçirib. Aprelin 27-də Qazaxıstan Respublikasının Baş Prokurorluğu Kudebayevin Türkiyədə saxlanılaraq Qazaxıstana aparıldığını bildirib.

Aprelin 28-də Kudebayev təqsirli bilinərək, polis general-mayoru rütbəsindən və 10 il müddətinə azadlıqdan məhrum edilib.

İyunun 14-də məlum olub ki, Serik Kudebayevi istintaqdan yayındığı və dövlət sərhədini qanunsuz keçdiyi üçün yeni cəza gözləyir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR