İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağıstanda ağır yol qəzasında 4 nəfər ölüb

Dağıstanın Xasavyurt rayonunda dörd nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin regional idarəsi bildirib.

“Bu gün təxminən saat 05:30-da Xasavyurd – Babayurd avtomobil yolunun 29-cu kilometrində Qızılyurd rayonunun 28 yaşlı sakini VAZ-2131 markalı avtomobili idarə edərkən qarşı hərəkət zolağına çıxıb və Xasavyurd rayonunun 54 yaşlı sakininin idarə etdiyi VAZ-21102 markalı avtomobillə toqquşub”, – məlumatda deyilir.

Qurum qeyd edib ki, toqquşma nəticəsində hər iki sürücü və onların iki sərnişini – 64 yaşlı qadın və 29 yaşlı kişi aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.\\report.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR