İnsanlara hürriyət, millətlərə istiqlal!

“Çukur”un Vartolusu ətək geyindi - FOTOLAR

“Çukur” serialında Vartolu obrazı ilə yadda qalan Erkan Kolçak Köstendil geyindiyi şotland ətəyi ilə gündəm olub.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor həyat yoldaşı ilə getdiyi Şotlandiyada həmin ölkəyə məxsus ətəyi geyinərək poza verib.

Aktyorun həyat yoldaşı Cansu Tosun fotoları sosial hesabında paylaşıb, izləyicilərin bir-birindən maraqlı rəyləri də ən az aktyorun geyindiyi foto qədər reaksiya alıb.

“Çukur” azarkeşləri dəliqanlı obrazı ilə (Vartolu) yaddaşlarda qalan aktyora “Vartolu məzarında tərs döndü” kimi şərhlər yazıb.

Qeyd edək ki, kilt Şotlandiyada toy və ya xüsusi günlərdə geyilir, milli qürurun və ailə əlaqələrinin əhəmiyyətli simvolu hesab edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR