İnsanlara hürriyət, millətlərə istiqlal!

Çoxları bu xəstəlikdən əziyyət çəkir - Çarəsi bu imiş…

Aerofobiya – uçmaq qorxusu  dünyada milyonlarla insanın yaşadığı bir problemdir. Bu fobiya təkcə səyahət planlarını məhdudlaşdırmır, həm də şəxsin sosial və peşə həyatına ciddi təsir göstərə bilər. Aerofobiyanın əsas səbəbləri arasında hündürlük qorxusu, təyyarə qəzası riski ilə bağlı narahatlıq, bağlı məkanlarda olmaqdan (klaustrofobiya) qorxmaq, ya da əvvəlki neqativ uçuş təcrübələri yer alır.

Aerofobiya ilə yaşayan insanlar adətən uçuşdan əvvəl stress, narahatlıq, hətta panik atak yaşayırlar. Bəziləri üçün təyyarənin motor səsi və ya turbulentlik qorxunu daha da artırır. Psixoloqlar qeyd edir ki, bu problem nəinki emosional, həm də fiziki simptomlarla müşayiət olunur. Əllərin tərləməsi, ürək döyüntüsünün artması, nəfəs darlığı və mədə narahatlığı kimi hallar çox yayğındır.

Bəs bu qorxunun öhdəsindən necə gəlmək olar? 

Əvvəlcə aerofobiyanın səbəblərini araşdırmaq vacibdir. Müxtəlif terapiya üsulları, məsələn, kognitiv-davranış terapiyası (CBT) qorxuları aradan qaldırmaqda çox effektivdir. Eyni zamanda nəfəs alma texnikaları və meditasiya kimi rahatlama üsulları da faydalıdır. Həkimlər bəzi hallarda qısa müddətli dərman müalicəsini də təklif edirlər.

Uçmaq qorxusunun ən güclü həll yollarından biri də uçuşla bağlı məlumatlılığı artırmaqdır. Təyyarələrin təhlükəsizlik standartları və statistikaları haqqında məlumat əldə etmək qorxuları azaltmağa kömək edir. Təcrübə də vacibdir, yəni daha çox təyyarə ilə səyahəy etmək qorxunu azalda bilər.

Aerofobiya müalicə edilə bilən bir problemdir. Əgər siz də uçmaqdan qorxursunuzsa, bu problemi həll etmək üçün ilk addımı atmaqdan çəkinməyin. Təyyarə səfərləri dünyanı kəşf etməyin ən sürətli və maraqlı yollarından biridir. (Yenisabah.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR