İnsanlara hürriyət, millətlərə istiqlal!

Çox məxfi əməliyyat BAŞLADI - ŞOK FOTO

ABŞ kəşfiyyatının keçmiş zabiti, 36 yaşlı Devid Çarlz Qruş iddia edib ki, ABŞ-da insan istehsalı olmayan UFO-ların hissələri var və bu hissələri birləşdirmək üçün çox məxfi əməliyyatlar həyata keçirir.

Musavat.com xəbər verir ki, iddialara görə, ABŞ uçan UFO (naməlum uçan obyekt) hissələri əsasında yeni silahlar istehsal etməyə çalışır.

Texnologiya haqqında məlumatlar dərc edən "Debrief" nəşrinə danışan Qruş bu tapıntıların silahlanma yarışı çərçivəsində uzun illər ABŞ Konqresindən gizli saxlandığını iddia edib.

Əvvəllər ABŞ-ın müxtəlif kəşfiyyat orqanlarında xidmət etmiş və 2019-2021-ci illərdə Naməlum Hava Hadisələri İşçi Qrupunda çalışmış Qruş iddia etdiyi əməliyyatların təfərrüatlarını Konqresə və Kəşfiyyat Birliyinin Baş Müfəttişinə təhvil verib.

Müdafiə Nazirliyindən də şikayət edən Qruş həmin şikayətə görə işdən xaric edildiyini iddia edir.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR