İnsanlara hürriyət, millətlərə istiqlal!

Consonun gedişi Aİ üçün hansı dəyişiklikləri gətirir?


Ekspertlərə görə geri dönüş mümkün deyil

Boris Conson uzun müddət Böyük Britaniyanın Avropa Birliyindən çıxmasında böyük rol oynayıb. Baş nazir Breksit sonrasında da rəsmi Brüsselə bir çox problemlər yaratması ilə bilinir. Bu səbəbdən qoca qitədə onun gedişinə təəssüf edən də tapılmayıb.

"Mən onun üçün darıxmayacağam".

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Fransanın maliyyə naziri Brüno Le Mer Boris Consonun istefasına bu cür reaksiya göstərib

Aİ-nin Böyük Britaniya məsələləri üzrə aparıcı qanunvericisi David McAllister də yeni baş nazirin Böyük Britaniya hökumətinin “Breksit2 məsələlərində mövqeyində dəyişiklik gətirəcəyinə inanmadığını ifadə edib.

“Breksit” prosesi zamanı Avropa Birliyini təmsil edənlərdən belçikalı Gi Verhofstadta görə, Boris Consonun bu məsələdə təsiri o qədər güclüdür ki, başqa bir Mühafizəkar baş nazirin fərqli kurs tutmaq şansı azdır.

Gi Verhofstadt “The Guardian” üçün yazdığı məqalədə bunları qeyd edib: “Heç kim Consonun Dauninq-stritdən getməsinin Böyük Britaniya və Aİ arasındakı münasibətlərdəki bütün əsas problemləri həll edəcəyi illüziyasına qapılmayıb”. Keçmiş baş nazirin hakimiyyətə çatmaq üçün həyata keçirdiyi layihə (Breksit) ilə vurduğu ziyan bu günə qədər davam edir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR