İnsanlara hürriyət, millətlərə istiqlal!

Con Bolton prezidentliyə namizəd olacaq - "Döyüşə qocalar gedir"

ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik üzrə müşaviri Con Bolton 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürə biləcəyini təsdiqləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bunu Böyük Britaniyanın ITV kanalında ““Good Morning Britain” verilişində söyləyib.

Con Bolton hətta əvvəlki şefi Donald Trampa qalib gələcəyini iddia edib.

“Mən namizədliyimi boş-boşuna irəli sürmürəm. Bu məsələni ciddi şəkildə düşünməsəydim, yarışmazdım” ,- deyə 74 yaşlı siyasətçi söyləyib.

Əvəllər dörd respublikaçı prezidentlə çalışmış Boltonun fikrincə, hazırda ABŞ-ın daha güclü xarici siyasətə ehtiyacı var.

Xatırladaq ki, Donald Tramp bu yaxınlarda Con Boltonu “yalançı”, “narkoman” və “həmişə narazı cansıxıcı axmaq” adlandırıb.

Keçmiş müşavir isə gələcəkdə Trampın planlarını pozmaq istədiyini gizlətməyib. "Düşünürəm ki, partiya daxilində Trampa dəstək getdikcə azalır", - deyə o, bildirib.

Xatırladaq ki, Tramp Boltonu Şimali Koreya və Əfqanıstanla bağlı məsələlərdə fikir ayrılıqlarından sonra 2019-cu ilin sentyabrında istefaya göndərmişdi.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR