İnsanlara hürriyət, millətlərə istiqlal!

Ciorcia Meloni iqlim dəyişikliyi ilə mübarizədə birgə səy göstərməyə çağırıb

İtaliyanın baş naziri Ciorcia Meloni iqlim dəyişikliyi ilə mübarizənin birgə səylər tələb etdiyini və ölkəsinin iqlimlə bağlı fəaliyyətdə üzərinə düşəni edəcəyini deyib.

AZƏRTAC xəbər verir ki, Misirin Şarm əl-Şeyx şəhərində keçirilən BMT-nin İqlim Konfransında (COP27) iştirak edən C.Meloni çıxışında İtaliyanın COP Paris məqsədlərinə uyğun olaraq dekarbonizasiyaya qətiyyətlə sadiq olduğunu və öhdəliklərini yerinə yetirəcəyini vurğulayıb. 2030-cu ilədək Avropada istixana qazı emissiyalarını ən azı 55 faiz azaltmağı hədəflədiklərini bildirən Baş nazir İtaliyanın bərpaolunan enerji imkanlarını gücləndirəcəyini qeyd edib.

C.Meloni enerji təhlükəsizliyi və bərpaolunan mənbələrlə bağlı əməkdaşlığı gücləndirdiklərini, Afrika ölkələri ilə enerji diversifikasiyası strategiyalarını inkişaf etdirmək istədiklərini söyləyib.

İtaliyanın baş naziri konfrans çərçivəsində Misir Prezidenti Əbdülfəttah əs-Sisi, BMT-nin baş katibi Antonio Quterreş və Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə ikitərəfli görüşlər keçirib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR