Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının səhiyyə rəsmiləri qonoreyanın antibiotiklərə qarşı davamlılıq qazandığı barədə xəbərdarlıq ediblər.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, həkimlər qonoreyaya səbəb olan bakteriyaların dərmana davamlılığının müalicə variantlarını məhdudlaşdıra biləcəyini bildiriblər.
Qonoreya cinsi yolla ötürülən bir xəstəlikdir. Onu bakteriyalar yaradır və adətən heç bir simptomu olmur. Müalicə edilməzsə, çanaq orqanlarının iltihabi xəstəliyi və ya qısırlıq (sonsuzluq) kimi ciddi problemlərə səbəb ola bilər.
Euronews-un verdiyi xəbərə görə, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) 2022-ci il üçün yeni nəzarət hesabatında bildirib ki, antibiotikə, azitromisinə davamlı olan izolatların nisbəti 2021-ci ildəki 14 faizdən 2022-ci ildə təxminən 26 faizə yüksəlib. Bu dərman adətən süzənək müalicəsi üçün seftriakson ilə birlikdə istifadə edildiyi üçün müalicə variantlarını çətinləşdirə bilər.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, süzənək xəstəliyinin qlobal miqyasda dərmanlara qarşı davamlılığı artır.
ECDC son aylarda Avropada cinsi yolla ötürülən infeksiyaların (CYBH) həyəcanverici miqyasda artması barədə xəbərdarlıq edib.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ