Onlayn ictimai-siyasi qəzet
Avqust ayında Çinin ixracı illik ifadədə 8,8 faiz azalmaqla 284,87 milyard dollar təşkil edib.
Musavat.com Çin Baş Gömrük İdarəsinə istinadən xəbər verir ki, ötən ay ölkənin idxalında 7,3 faizlik kiçilmə qeydə alınaraq göstərici 216,51 milyard dollara düşüb.
Qeyd edək ki, Çinin xarici ticarət həcmi artıq dördüncü aydır azalma nümayiş etdirir. İyulda ixrac 14,5 faiz, idxal 12,4 faiz azalmışdı.
Avqust ölkənin xarici ticarətinin müsbət saldosu 98,36 milyard dollar təşkil edib. İyulda bu göstərici 80,6 milyard dollar, ötən ilin avqustunda isə 78,65 milyard dollar olmuşdu.
Qeyd edək ki, Çinin xarici ticarətində, xüsusilə idxalında azalma onun iqtisadiyyatındakı problemlərdən qaynaqlanır. Bu proses qlobal xammal bazarları üçün ciddi mənfi siqnal hesab olunur.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ