Onlayn ictimai-siyasi qəzet
Çinin Nyu-Yorkdakı baş konsulu Huanq Pinq ABŞ-dan qovulub.
Musavat.com CNN-ə istinadən xəbər verir ki, bu addım ABŞ Ədliyyə Nazirliyinin Nyu-York ştatının keçmiş rəsmisi Linda Suna Çinin qeydiyyatsız xarici agenti kimi işləməkdə ittiham irəli sürməsindən sonra atılıb.
Nyu York ştatının qubernatoru Keti Hokul bildirib ki, baş konsulun ölkədən çıxarılması onun təşəbbüsü olub: "Mən baş konsulun qovulmasını arzuladığımı bildirdim və mənə xəbər verildi ki, baş konsul artıq Nyu Yorkdakı missiyasında deyil".
Xatırladaq ki, Linda Sun Nyu-York ştatının iki qubernatorunun köməkçisi vəzifəsini tutub. O əri ilə birlikdə dünən Çinə casusluq ittihamı ilə həbs edilib.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ