İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin idxal-ixracında kəskin azalma - Bazarlar təşvişdə

İyul ayında Çinin ixracatı son 5 ayda ən aşağı həddə - 281,76 milyard dollara düşüb. Bu, illik ifadədə 14,5 faiz azalma deməkdir.

Musavat.com Çin Baş Gömrük İdarəsinə istinadən xəbər verir ki, ixrac 2020-ci ilin fevralından bəri ilk dəfədir, belə azalma nümayiş etdirir. Azalmanın əsas səbəbi kimi qlobal tələbin aşağı düşməsi göstərilir. Trading Economics bildirir ki, analitiklər Çin ixracında 12,5 faizlik azalma proqnozlaşdırmışdılar.

Ümumi ixrac azalsa da, nadir metallar ixracı 49 faiz artmaqla 5,426 min ton təşkil edib.

İyulda Çinin ABŞ-a ixracı 23,1 faiz, Avropa İttifaqına ixracı 20,6 faiz, ASEAN ölkələrinə ixracı isə 21,4 faiz azalıb.

Ötən ay Çinin idxalında da ciddi azalma qeydə alınıb. Bu göstərici 12,4 faiz azalmaqla 201,16 milyard dollar təşkil edib. Həm də daxili tələbin daralmasından yaranan bu azalma 5 aydır ardıcıl qeydə alınmaqla 2020-ci ilin mayından bəri ən yüksək həddə çatıb. Ekspertlər idxalda cəmi 5 faizlik azalma proqnozlaşdırmışdılar.

İyulda Çinin mis idxalı 2,7 faiz azalsa da, soya paxlaları idxalı 23,5 faiz, neft idxalı 17 faiz, dəmir filizi idxalı 2,5 faiz artıb.

ABŞ-dan idxal 11,2 faiz, Avropa İttifaqından 3 faiz, ASEAN ölkələrindən 11,2 faiz, Yaponiyadan 14,7 faiz, Cənubi Koreyadan 23 faiz azalıb.

Ölkənin xarici ticarət balansının müsbət saldosu iyul ayında ötən ilin eyni dövründəki 102,7 milyard dollardan 80,6 milyard dollar düşüb.

2023-cü ilin yanvar-iyulunda Çinin ixracı illik ifadədə 5 faiz, idxalı 7 faiz azalıb. Xarici ticarət balansındakı profisit 489,57 milyard dollar təşkil edib.

Qeyd edək ki, dünyanın ən böyük istehlakçısı olan Çinin ticarətindəki azalma bazarlar üçün ciddi neqativ siqnaldır. Bundan əvvəl açıqlanan digər göstəricilər də Çin iqtisadiyyatında inkişafın ləngiməsindən xəbər verməklə dünya xammal bazarlarında tələbin azalması perspektivini getdikcə gücləndirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR