İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin çip fürsətçiləri - Rusiya üçün qiymətlər 3 dəfə artırılıb

Çinin çip istehsalçıları 2023-cü ilin əvvəlindən Rusiya bankları üçün öz məhsullarının (bank kartları) qiymətlərini üç dəfə artırıblar.

Azpost.info xəbər verir ki, bu barədə “Kommersant” Çin məhsullarının Rusiyaya tədarükünün təşkili ilə tanış olan mənbələrə istinadən yazır.

Onların fikrincə, Çin şirkətləri rusiyalı smart kartlar (bank kartları və sim kartlar) üçün çip istehsalçılarının daxili tələbatı ödəyə bilməməsindən istifadə ediblər.

Hazırda çiplərin hər biri 0,9 dollara (təxminən 72 rubl) satılır.

Bununla belə, sayı az olan rus çipləri banklara və mobil operatorlara daha baha başa gəlir. Onların dəyəri 156 rubl təşkil edir.

“Belə bir qiymətlə Çin smart kartları ilə rəqabət aparmaq çətin olacaq”, – “Novacard”ın maliyyə direktoru Tatyana Dobrovolskaya deyir.

Eyni zamanda, rus çiplərinin ən böyük istehsalçısı olan “Mikron” zavodunun bütün tələbatı ödəyə bilmədiyi bildirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR