İnsanlara hürriyət, millətlərə istiqlal!

Çindən ABŞ-a sərt xəbərdarlıq: Tədbir görəcəyik

Pekin Vaşinqtonun Çin istehsalı olan gəmilərə liman rüsumları tətbiq etmək planlarına kəskin etirazını və narazılığını bildirir.

Musavat.com xəbər verir ki, bu, Çin Ticarət Nazirliyinin açıqlamasında yer alıb.

Açıqlamada bildirilir ki, Çin öz maraqlarını qorumaq üçün tədbirlər görəcək: "Çin ABŞ-dakı hadisələri diqqətlə izləyəcək və öz hüquq və maraqlarını qorumaq üçün qətiyyətlə lazımi tədbirlər görəcək”.

Nazirlik hesab edir ki, ABŞ-ın planları Çin şirkətlərinin qanuni hüquq və maraqlarına ciddi potensial ziyan vurur, istehsal və təchizat zəncirlərini sabitsizləşdirir, ÜTT qaydalarını pozur: "Onlar qaydalara əsaslanan çoxtərəfli ticarət sistemini və beynəlxalq ticarət-iqtisadi nizamı ciddi şəkildə pozur".

Çin Ticarət Nazirliyi bildirib ki, Çin ABŞ-ı bazar iqtisadiyyatı və ədalətli rəqabət prinsiplərinə riayət etməyə çağırır.

Qeyd edək ki, ABŞ Ticarət Nazirliyi bəyan edib ki, ABŞ Çin istehsalı olan gəmilərə oktyabr ayında başlayacaq və növbəti üç il ərzində tədricən artacaq liman rüsumu tətbiq edəcək. Bildirilir ki, yeni rüsum 1974-cü il Ticarət Aktının 301-ci Bölməsinə uyğun olaraq tətbiq edilir və bu, ABŞ prezidentinə ABŞ-ın digər ölkələr tərəfindən ABŞ ticarətinə tətbiq etdiyi məhdudiyyətlərə qarşı çıxmaq üçün bütün lazımi tədbirləri görmək səlahiyyətini verir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR