Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin iyul ayında Çində milli valyutada yeni bank kreditlərinin həcmi iyundakı 2,13 trilyon yuana qarşı 260 milyard yuana (36,28 milyard dollar) düşüb.
Musavat.com xəbər verir ki, bu göstəricini Çin Xalq Bankı açıqlayıb.
Trading Economics-ə görə, analitiklər orta hesabla 450 milyard yuana qədər azalma proqnozlaşdırmışdılar.
Ümumi yeni maliyyələşdirmə (bank kreditləri, balansdankənar kreditlər, səhm və istiqraz təklifləri daxil olmaqla) iyulda bir ay əvvəlki 3,3 trilyon yuandan 770 milyard yuana düşüb.
M2 pul kütləsi (nağd pul və bütün depozitlər) illik müqayisədə 6,3 faiz artıb. Bir ay əvvəl artım 6,2 faiz təşkil etmişdi və bütün hesablamalar dövrü üçün minimum idi.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ