Onlayn ictimai-siyasi qəzet
Çin iqtisadiyyatında pandemiyadan sonrakı bərpa prosesi ləng gedir. Bunu ölkədə iqtisadiyyatın vəziyyətini qiymətləndirmək üçün istifadə olunan bir sıra göstəricilərdən aydın görmək olur.
Çin Dövlət Statistika İdarəsinin məlumatına görə, ölkənin sənaye sektorunda aktivliyin göstəricisi olan alış menecerləri indeksi(PMI) 3-cü aydır 50 bənddən aşağıdır. May ayında 48,8 bənd olan göstərici iyunda cüzi artaraq 49 bəndə çatıb. Bu göstəricinin 50 bənddən aşağı olması sənaye sektorunda akrivliyin azalması deməkdir. PMI işgüzar aktivliyin əvvəlcədən müəyyənləşməsi üçün hesablanır. Alış menecerləri ona əsasən növbəti dövr üzrə sifarişlərin həcmini müəyyənləşdirirlər.
İyun ayı ərzində ixrac məqsədli satış altindeksi 47,2 bənddən 46,4 bəndə qədər azalıb. Yeni sifarişlər altindeksi ümumilikdə 48,3 bənddən 48,6 bəndə yüksəlib.
Məşğulluq indikatoru dördüncü aydır azalır. Bu dəfə maydakı 48,4 bənddən 48,2 bəndə düşüb. Sənayedə yaxın gələcək üçün optimizmi qiymətləndirən göstərici maydakı 53,4 bənddən iyunda 54,1 bəndə qədər azalıb.
İyunda Çində xidmətlər və tikinti sektorlarındakı PMI maydakı 54,5 bənddən 53,2 bəndə düşüb.
İqtisadiyyatın qiymətləndirilmə aparılan bütün sektorları üzrə ümumi PMI iyunda maydakı 52,9 bənddən 52,3 bəndə qədər azalıb. Bu, 2022-ci ilin dekabrından bəri ən aşağı göstəricidir.
Qeyd edək ki, dünyanın ən böyük istehlakçı ölkəsi olan Çində iqtisadiyyatın vəziyyətini qiymətləndirən göstəricilər xammal, xüsusilə də neft bazarına ciddi təsir göstərir. Ekspertlər bu gün açıqlanan son göstəricilərin yeni həftədən neft bazarında qiymətlərə salıcı təsir edəcəyini gözləyirlər.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ