İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində GÜCLÜ PARTLAYIŞ - Çoxlu sayda...

Çinin şərqində yerləşən pestisid istehsalı ilə məşğul olan zavodda güclü partlayış baş verib. Hadisə anı ərazidə olan müşahidə kameraları və vətəndaşların mobil telefonları tərəfindən qeydə alınıb. Hadisənin dəqiq səbəbi və nəticələri hələlik məlum deyil, eləcə də xəsarət alan və ya həlak olanların sayı açıqlanmayıb.

Musavat.com xəbər verir ki, partlayış baş verən müəssisə ildə təxminən 11 min ton xlorpirifos istehsal edir. Bu kimyəvi maddə əsasən kənd təsərrüfatında və məişətdə zərərvericilərə qarşı istifadə olunur.

Xlorpirifos — fosforüzvü birləşmələr qrupuna aiddir və gənə, qarışqa, tarakan, termit və digər zərərvericilərin məhv edilməsi üçün geniş şəkildə tətbiq olunur. Lakin bu maddə sağlamlıq və ətraf mühit üçün potensial təhlükəli hesab olunduğuna görə, bir sıra ölkələrdə onun istifadəsinə məhdudiyyətlər qoyulub və ya tamamilə qadağan edilib.

Hazırda hadisə yerində xilasedicilər, yanğınsöndürmə briqadaları və müvafiq dövlət qurumlarının əməkdaşları araşdırmalara davam edir.

Rəsmi qurumlar tərəfindən ictimaiyyətə əlavə məlumat veriləcəyi gözlənilir.

@@TVmusavat/115985@@

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR