İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb

Çinin cənub-qərbindəki Siçuan vilayətində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 93-ə çatıb, daha 25 nəfər itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə Çinin Mərkəzi Televiziyası xəbər verib.

"Sentyabrın 11-i saat 17:00-a olan məlumata görə, ümumilikdə 93 nəfər, o cümlədən Qartze-Tibet Muxtar Dairəsində 55, Yaan şəhərində 38 nəfər ölüb. Bundan əlavə, 25 nəfərin, o cümlədən 9 nəfərin Ludinq Qardze-Tibet Muxtar Dairəsində, 16 nəfərin Yaan şəhərinin Şimian dairəsində itkin düşdüyü bildirilir", - deyə qeyd olunub.

Qeyd edək ki, avqustun 5-də Sıçuan vilayətində 6,8 bal gücündə zəlzələ baş verib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR