İnsanlara hürriyət, millətlərə istiqlal!

“Çin vətəndaşları ABŞ-ın məxfi obyektlərinə azmış turist kimi girirlər” – İDDİA

“The Wall Street Journal” ABŞ rəsmilərinə istinadən iddia edir ki, son illərdə Çin vətəndaşları azmış turist adıyla ABŞ-dakı hərbi və digər məxfi obyektlərin ərazisinə dəfələrlə daxil olublar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, rəsmilərin sözlərinə görə, son illərdə 100-ə yaxın belə hal adətən populyar turizm marşrutlarından və böyük hava limanlarından uzaq kənd yerlərində baş verib. İddia olunur ki, casusluğun bu forması Amerika obyektlərinin təhlükəsizlik sistemlərini sınaqdan keçirmək məqsədi daşıyır. “Çinin üstünlüyü ondan ibarətdir ki, onlar məlumat toplamaq üçün çox sayda insan göndərməyə hazırdırlar. Əgər onlardan bəziləri tutulsa, ABŞ hökuməti üçün qeyri-qanuni girişdən başqa bir şey sübut etmək çox çətin olacaq və tutulmayanlar çox güman ki, faydalı bir şey öyrənəcəklər", -deyə Vaşinqtonda strateji mərkəzin baş əməkdaşı Emili Hardinq deyib.

Beə hadisələr ABŞ qanunvericilərinin ciddi narahatlığına səbəb olur. Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin üzvü Ceyson Krounun sözlərinə görə, Konqres qanunvericiliyin qəbulunu nəzərdən keçirə bilər, çünki bu işlərin bir çoxu federal səviyyədə deyil, yerli səviyyədə həll olunduğu üçün diqqətdən kənarda qalır.

Çinin ABŞ-dakı səfirliyi isə casusluq iddialarını “zərərli uydurma” adlandırıb. Çin səfirliyinin sözçüsü Liu Penyu deyib: "ABŞ-ın müvafiq rəsmilərini soyuq müharibə zehniyyətindən əl çəkməyə, əsassız ittihamları dayandırmağa və iki ölkə arasında etimad və iki xalq arasında dostluq yaratmaq üçün səy göstərməyə çağırırıq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR