İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin və Kanada arasında “rüsum müharibəsi” - Kanoladan elektromobilədək

Çin Kanadadan kanola idxalı ilə bağlı bir il davam edən antidempinq araşdırmasına başladığını elan edib.

Musavat.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi Çin Xalq Respublikasının Ticarət Nazirliyinin bəyanatına istinadla məlumat yayıb.

Ekspertlər bu addımı Ottavanın Çinin elektrik avtomobilləri və digər məhsullarına tariflər tətbiq etmək planlarına cavab kimi qiymətləndirirlər.

Nazirliyin məlumatına görə, Kanada idxalının dempinqi ilə yerli sənayeyə dəyən faktiki zərər arasında səbəb-nəticə əlaqəsi mövcuddur. Bu, idxalın həcminin əhəmiyyətli dərəcədə artması və qiymətlərin aşağı düşməsi ilə bağlıdır.

2023-cü ildə dünyanın ən böyük yağlı toxum idxalçısı olan Çin, idxalın 94%-i Kanadadan olmaqla 3,72 milyard dollar dəyərində 5,5 milyon ton kanola alıb.

Çinin Ticarət Nazirliyinin sözçüsü bildirib ki, araşdırma Kanadanın ÜTT qaydalarını pozaraq həyata keçirdiyi ayrı-seçkilik tədbirlərindən "köklü şəkildə fərqlənir". Ottava ABŞ və Avropa İttifaqından nümunə götürərək, Çindən gətirilən elektrik avtomobillərinin idxalına 100%, Çindən idxal edilən polad və alüminiuma isə 25% rüsum tətbiq etməyi planlaşdırır.

Avqustun sonunda məlum olub ki, Çin Aİ-dən süd məhsullarının idxalı ilə bağlı anti-subsidiya araşdırmasına başlayıb. Ticarət mübahisəsi Çinin iyun ayında Avropadan donuz ətinə qarşı antidempinq araşdırmasına başlamasından və Aİ-nin Çinin elektrik avtomobillərinə tariflər tətbiq etməyi planlaşdırmasından sonra davam edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR