İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Tramp və Bayden arasında heç bir fərq qoymur - Çin XİN

Çin hakimiyyəti keçmiş ABŞ lideri Donald Tramp və indiki prezident Co Bayden arasında fərq qoymur və onların hər biri ilə əməkdaşlığa hazırdır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin bildirib.

“Kimin ABŞ-ın növbəti prezidenti seçilməsindən asılı olmayaraq, biz ümid edirik ki, Amerika tərəfi Çinlə əməkdaşlıq edə biləcək”, - o, keçirdiyi brifinqdə Trampın mümkün seçilməsi ilə sualı cavablandırarkən deyib.

Rəsmi nümayəndə aydınlaşdırıb ki, prezident seçkiləri ABŞ-ın daxili işidir. “Çin həmişə ABŞ-ın daxili siyasətinə qarışmamaq prinsipinə sadiq qalıb. Biz bu ölkədə keçirilən seçkilərə qarışmırıq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR