İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Mərkəzi Asiya ölkələrini Rusiyanın əlindən alır?

"Çin Mərkəzi Asiya ölkələrinə müdafiə qabiliyyətini gücləndirməyə kömək etməyə hazırdır".

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Çin lideri Si Cinpin Sian şəhərində keçirilən Çin-Mərkəzi Asiya sammitində bildirib.

"Çin Mərkəzi Asiya ölkələrinə təhlükəsizlik və müdafiə sahəsində hüquq-mühafizə orqanlarının potensialını gücləndirməkdə kömək etməyə, həmçinin regional təhlükəsizliyin qorunması və terrorizmlə mübarizə səylərinə dəstək verməyə hazırdır", - deyə Si Cinpin deyib.

Onun sözlərinə görə, Çin Əfqanıstanın qonşularının koordinasiya mexanizmində rol oynamasına və ölkənin sülh yolu ilə yenidən qurulmasına kömək edəcək.

Qeyd edək ki, may ayının 18-19-da Çinin Sian şəhərində Si Cinpinin sədrliyi ilə Çin-Mərkəzi Asiya sammiti keçirilir. Tədbirdə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Tacikistan lideri Emoməli Rəhmon, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Türkmənistan rəhbəri Sərdar Berdiməhəmmədov da iştirak edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR